Bütün xəbərlər
Qızılağacda qanunsuz ov edən şəxs cəzalandırıldı
Tarix: 23-02-2022 15:50 | Bölmə: Karusel

                   Qızılağacda qanunsuz ov edən şəxs cəzalandırıldı



Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Malik Qafarov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Onun sözlərinə görə, hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər