Bütün xəbərlər
Bu xəstəxanaya yeni rəhbər təyin olundu
Tarix: 23-02-2022 12:53 | Bölmə: Karusel

                   Bu xəstəxanaya yeni rəhbər təyin olundu


Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub. Bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktor kollektivə təqdim olunub.
Qeyd edək ki, P. Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər