Bütün xəbərlər
Bakıda bu məktəb distant təhsilə keçir
Tarix: 15-02-2022 20:21 | Bölmə: Karusel

                     Bakıda bu məktəb distant təhsilə keçir


Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəb distant təhsilə keçir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təhsil müəssisəsində müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma qeydə alınıb. Bununla bağlı məktəbdə tədris sabahdan etibarən bir həftə müddətinə distant formada davam etdiriləcək.
Faktı təhsil müəssisəsindən “Qafqazinfo”ya təsdiqləyiblər. Bildirilib ki, 218 nömrəli məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.
Qeyd edək ki, hazırda məktəbdə 159 müəllim çalışır, 4000-ə yaxın şagird kontingenti var.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər