Bütün xəbərlər
Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edilib
Tarix: 13-02-2022 22:01 | Bölmə: Karusel

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edilib


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinə yeni köməkçi təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunaraq BŞBPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.
Nazirin digər əmri ilə 29-cu PŞ-nin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini Ramin Məmmədov təyin edilib.



Baxış sayı: 641


Bölməyə aid digər xəbərlər