Bütün xəbərlər
Türkiyə XİN Ukrayna ilə bağlı vətəndaşlarına müraciət etdi
Tarix: 12-02-2022 19:36 | Bölmə: Karusel

                     Türkiyə XİN Ukrayna ilə bağlı vətəndaşlarına müraciət etdi



“Ukraynadakı təhlükəsizlik vəziyyəti ölkəmiz tərəfindən diqqətlə izlənilir. Bu kontekstdə vətəndaşlarımıza məcbur olmadıqca Ukraynanın şərq sərhəd bölgələrinə səfərlərdən çəkinmələri tövsiyə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. 
“Vətəndaşlarımızın məcburi səyahət etməzdən əvvəl şəxsi təhlükəsizlikləri üçün bütün mümkün tədbirləri görmələri və Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə olunur”, - deyə məlumatda qeyd edilir.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər