Bütün xəbərlər
Müdafiə Nazirliyindən Kəlbəcərdəki vəziyyətlə bağlı açıqlama
Tarix: 11-02-2022 12:09 | Bölmə: Karusel

                        Müdafiə Nazirliyindən Kəlbəcərdəki vəziyyətlə bağlı açıqlama


Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər