Bütün xəbərlər
Ərdoğan koronavirusdan sağaldı
Tarix: 10-02-2022 20:48 | Bölmə: Karusel

                   Ərdoğan koronavirusdan sağaldı


Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu Ərdoğanın durumu ilə bağlı açıqlama verərkən bildirib.
O qeyd edib ki, son iki gündə edilən PCR testləri mənfi çıxıb: “Düşünürəm ki, prezidentimiz yaxında, hətta sabah da ənənəvi proqramına qayıdacaq”.
Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər