Bütün xəbərlər
Sərhəddə 12 kq narkotik bağlaması aşkarladı - Fotolar
Tarix: 09-02-2022 14:45 | Bölmə: Karusel

                    Sərhəddə 12 kq narkotik bağlaması aşkarladı



Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığındakı sərhədboyu ərazidə sahibsiz bağlama aşkar edib.
DSX-nin Mətbuat Mərkəzindən "Qafqazinfo"ya bildirilib ki, bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.








Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər