Bütün xəbərlər
Prezident Yaşar Həsənovu işdən çıxardı
Tarix: 07-02-2022 20:32 | Bölmə: Karusel

                  Prezident Yaşar Həsənovu işdən çıxardı


Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovla bağlı sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər