Bütün xəbərlər
Aİ Azərbaycanın erməni hərbçiləri təhvil verməsini alqışlayır
Tarix: 07-02-2022 14:28 | Bölmə: Karusel

                    Aİ Azərbaycanın erməni hərbçiləri təhvil verməsini alqışlayır



“Azərbaycan tərəfindən erməni hərbçilərin Ermənistana təhvil verilməsini alqışlayıram”.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz tviter hesabında etdiyi paylaşımda deyib.
Onun sözlərinə görə, bu, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan dördtərəfli görüşdən sonra vacib humanitar jestdir.
Xatırladaq ki, Azərbaycan bu ilin fevralın 7-də 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər