Bütün xəbərlər
Nəzarətsiz qalan azyaşlı məktəbəqədər təhsilə cəlb olunacaq
Tarix: 04-02-2022 21:14 | Bölmə: Karusel

                  Nəzarətsiz qalan azyaşlı məktəbəqədər təhsilə cəlb olunacaq



Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları valideyni olmadan evdə nəzarətsiz qalan azyaşlıya dəstək olmaq arzusunu bildirən qonşu – İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Elnarə İbrahimova ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, E.İbrahimovanın həssas yanaşmasının hər bir vətəndaş üçün örnək davranış nümunəsi olduğu qeyd edilib və təşəkkürnamə təqdim edilib.
Dövlət Komitəsi azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi, alimentin ödənilməsi ilə bağlı müvafiq tədbirlər görür.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər