Bütün xəbərlər
Yunanıstanın sabiq Prezidenti vəfat etdi
Tarix: 03-02-2022 14:10 | Bölmə: Karusel

                     Yunanıstanın sabiq Prezidenti vəfat etdi



Yunanıstanın keçmiş Prezidenti Xristos Sardzetakis 92 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Proto Thema” qəzeti yayıb.
Sardzetakis son illər səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. O, ötən il dekabrın 1-i ağciyərlərinin soyuqlaması səbəbindən Afinada xəstəxanaya yerləşdirilib, dekabrın 3-ü isə kəskin tənəffüs çatışmazlığı ilə reanimasiyaya köçürülüb.
Qeyd edək ki, Xristos Sardzetakis 1985-1990-cı illərdə Yunanıstanın Prezidenti olub.



Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər