Bütün xəbərlər
Gürcüstan ABŞ-dan raket kompleksləri alacaq
Tarix: 31-01-2022 21:12 | Bölmə: Karusel

                  Gürcüstan ABŞ-dan raket kompleksləri alacaq



Gürcüstan hökuməti ABŞ-dan tank əleyhinə “Javelin” raket kompleksləri alacaq. Silahları almaqda məqsəd ölkənin müdafiə qabiliyyətini artırmaqdır.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin yanvarın 31-də keçirilən iclasında məlumat verib.
Baş nazir deyib ki, ABŞ Dövlət Departamenti 2021-ci ildə Gürcüstana 30 milyon dollar dəyərində əlavə “Javelin” raketlərinin satışı barədə qərar qəbul edib. Gürcüstanın Müdafiə Nazirliyi “Javelin” qurğularını iki ölkə arasında imzalanmış saziş əsasında sürətləndirilmiş qaydada alacaq.
Raket kompleksi üçün nəzərdə tutulmuş vəsaitin 26 milyon 246 min 866 dolları ABŞ-ın ayırdığı vəsait, qalanı isə Gürcüstanın dövlət büdcəsi hesabına ödəniləcək.
Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk hissəsini 2018-ci ildə alıb.





Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər