Bütün xəbərlər
Şəhriyar Məmmədyarov ikinci pilləyə yüksəldi
Tarix: 29-01-2022 22:15 | Bölmə: Karusel

                   Şəhriyar Məmmədyarov ikinci pilləyə yüksəldi



Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 12-ci turunun oyunları keçirilib.
"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Vidit Santoş ilə mübarizə aparıb.
Qara fiqurlarla oynayan şahmatçımız rəqibini 38-ci gedişdə məğlub edib.
Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla 2-ci pilləyə yüksəlib.
Turnir cədvəlinə şahmatçımızla eyni xal toplayan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (əlavə göstəricilərə görə) başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər