Bütün xəbərlər
Azərbaycan şahmatçısı Serbiyada keçirilmiş beynəlxalq turnirin qalibi olub
Tarix: 29-01-2022 19:49 | Bölmə: Karusel


Azərbaycan şahmatçısı Fərid Orucov Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə beynəlxalq turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz səkkiz turdan altı xal toplayaraq yarışın qalibi olub. İkinci yerə beş xalla yerli idmançı Sinisa Drazic layiq görülüb. Üçüncü pillədə isə Bosniya və Herseqovina təmsilçisi Zoran Runic qərarlaşıb. İsveçrə sistemi üzrə keçirilən yarışda 12 şahmatçı iştirak edib ki, onlardan da dördü qrosmeyster olub.
 





Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər