Bütün xəbərlər
“Azərişığ”ın əməkdaşını cərəyan vurdu, öldü
Tarix: 28-01-2022 11:46 | Bölmə: Karusel

                 “Azərişığ”ın əməkdaşını cərəyan vurdu, öldü


Salyan rayonunda “Azərişığ”ın əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 27-si saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
“Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər