Bütün xəbərlər
KTMT-dən Qırğızıstan və Tacikistana - Çağırış
Tarix: 27-01-2022 22:24 | Bölmə: Karusel

                     KTMT-dən Qırğızıstan və Tacikistana


KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə çağırıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Zas Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzoda və Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov ilə telefon danışığı aparıb:
“KTMT-nin baş katibi Qırğızıstan və Tacikistan sərhədində tərəfləri dərhal atəşkəs etməyə çağırıb”.
"Sərhəddə yenidən toqquşmaların baş verməsi, nəticədə yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. Bununla belə, KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır. Əminəm ki, hər iki KTMT üzvü olan dövlətin rəhbərliyi bu mürəkkəb sərhəd probleminin həlli üçün qarşılıqlı məqbul yollar tapacaq”, - deyə Zas qeyd edib.
Xatırladaq ki, bu gün səhər Qırğızıstan sərhəd xidməti Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışmanın başladığını elan edib. Məlumata görə, Tacikistan tərəfi qumbaraatanlardan və minaatanlardan istifadə edir. Münaqişəyə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən magistral yolun tacik hərbçiləri tərəfindən bağlanması olub.


Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər