Bütün xəbərlər
Donald Tramp Avropaya qoşun göndərmək fikrini tənqid edib
Tarix: 26-01-2022 23:13 | Bölmə: Karusel

Donald Tramp


ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin Ukraynadakı vəziyyətə görə Avropaya qoşun göndərmək ehtimalına münasibət bildirib.
APA-nın xəbərinə görə, məşhur jurnalist Lu Dobbsa müsahibəsi zamanı Tramp bu ideyanı “ağılsızlıq” adlandırıb.
Ukrayna ətrafındakı vəziyyəti şərh edən Tramp bildirib ki, belə bir situasiya onun vaxtında yarana bilməzdi: “Bu NATO-nun problemidir. Son illərdə Rusiya tərəfindən bizə qarşı hörmətsizlik artıb. Onlar bizə baxıb gülürlər”, - deyə sabiq dövlət başçısı vurğulayıb.




Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər