Bütün xəbərlər
Bayden Almaniya kansleri ilə Ukraynanı müzakirə edəcək
Tarix: 26-01-2022 23:05 | Bölmə: Karusel

                     Bayden Almaniya kansleri ilə Ukraynanı müzakirə edəcək



Almaniya kansleri Olaf Şolts fevralın 7-də Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
"Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüş Ağ Evdə keçiriləcək. “Bild” yazır ki, tərəflər Rusiyanın Ukraynaya ehtimal edilən təcavüzünə reaksiyanı müzakirə edəcəklər.
Almaniya hökumətinin sözçüsü səfərin təfərrüatlarını şərh etməkdən imtina edib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər