Bütün xəbərlər
Klinikalarda qadınlardan oğurluq edildi
Tarix: 26-01-2022 22:55 | Bölmə: Karusel

                   Klinikalarda qadınlardan oğurluq edildi


Bakıda iki klinikada qadınların çantasından oğurluq edilib.
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Nərimanov rayonu ərazisindəki iki klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər