Bütün xəbərlər
Bərdədə 32 yaşlı kişi güllələndi
Tarix: 22-01-2022 22:34 | Bölmə: Karusel

                   Bərdədə 32 yaşlı kişi güllələndi


Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb.
Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.
Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər