Bütün xəbərlər
Gənc müəllim intihar etdi
Tarix: 21-01-2022 13:50 | Bölmə: Karusel

            Gənc müəllim intihar etdi


Göyçay rayon sakini intihar edib.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.
Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər