Bütün xəbərlər
Bakıda maşına silahla atəş açıldı
Tarix: 21-01-2022 13:46 | Bölmə: Karusel

                    Bakıda maşına silahla atəş açıldı


Ötən gün axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb. 
“Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur.
Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətindən polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər