19:48 / 19-05-2022
Yoluxanların sayı artdı
Müştəriyə səhvən kimyəvi məhlul verən restorana 9,4 milyon dollarlıq cəza
Tarix: 19-01-2022 01:07 | Bölmə: Karusel

                 Müştəriyə səhvən kimyəvi məhlul verən restorana 9,4 milyon dollarlıq cəza



ABŞ-ın Tennessi əyalətində 8 il əvvəl müştərisinə su yerinə kimyəvi məhlul verən restoran rəhbərliyinə 9,4 milyon dollar təzminat cəzası verilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Uilyam Kronnon adlı müştəriyə kimyəvi məhlulla dolu bir bardaq servis edilib.
Bu səbəbdən “Cracker Barrel”ə əvvəlcə 4,4 milyon, daha sonra isə əlavə olaraq 5 milyon dollar cəza verilib. Restoran rəhbərliyi isə qərara etiraz edərək 8 il əvvəl baş vermiş hadisəni “gözlənilməz bədbəxtlik” adlandırıb. 
Xatırladaq ki, Kronnon 2014-cü ilin aprelində səhvən masasına gətirilmiş kimyəvi məhlulu içdikdən sonra qida borusunda daxili fiziki zədələnmə meydana çıxıb.

 


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
19-05-2022, 19:48 Yoluxanların sayı artdı