Bütün xəbərlər
Malinin hərbi çevriliş nəticəsində devrilən prezidenti vəfat edib
Tarix: 16-01-2022 19:09 | Bölmə: Karusel

    Malinin hərbi çevriliş nəticəsində devrilən prezidenti vəfat edib


İbrahim Bubakar Keyta

Malinin hərbi çevrilişdən sonra hakimiyyətdən uzaqlaşdırılan keçmiş prezidenti İbrahim Bubakar Keyta vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Onun öz evində öldüyü məlum olub. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Qeyd edək ki, 2020-ci ilin avqustun 18-də Malidə hərbi çevriliş baş verib, nəticədə hərbçilər Baş Qərargahı ələ keçiriblər. Prezident İbrahim Bubakar Keyta və bir sıra yüksək vəzifəli dövlət rəsmiləri hərbçilərin təzyiqi ilə istefa verib. Hökumət və parlamentin buraxıldığı elan edilib.
Hazırda ölkəyə hərbi xuntanın lideri Assimi Qoita rəhbərlik edir.


Baxış sayı: 403


Bölməyə aid digər xəbərlər