19:48 / 19-05-2022
Yoluxanların sayı artdı
Xaçmazda oğul anasını baltaladı
Tarix: 13-01-2022 22:48 | Bölmə: Karusel

                     Xaçmazda oğul anasını baltaladı



Xaçmazda oğul 66 yaşlı anasını baltalayıb.
“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.
F.Sultanovanın ailə münaqişəsi zəminində oğlu tərəfindən baltalandığı deyilir.
Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər
19-05-2022, 19:48 Yoluxanların sayı artdı