23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Yasamalda ağacları kəsən şəxs axtarılır - Fotolar
Tarix: 11-01-2022 21:54 | Bölmə: Karusel

                   Yasamalda ağacları kəsən şəxs axtarılır



Yasamal rayonu A.M.Şərifzadə küçəsi 192 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən bina sakinlərinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.
“Qafqazinfo”nun məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə gecə saatlarında iki ağacın kəsildiyi, bir ağacın isə düzgün budanmayaraq zədələndiyi müəyyən edilib.
“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”, - o qeyd edib.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.







Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər