“Qanuni oğru”nun çürümüş meyiti tapıldı
Tarix: 07-01-2022 23:03 | Bölmə: Karusel

                       “Qanuni oğru”nun çürümüş meyiti tapıldı


İnquşetiyada Surxaxi kəndi yaxınlığında kriminal dairələrdə “Həmzət İnquş” kimi tanınan 31 yaşlı “qanuni oğru” Həmzət Auşevə aid ola biləcək skeletə çevrilmiş cəsəd tapılıb.
“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, artıq qabırğaları və kəllə sümüyü açıq olan meyitin yanından tapança da aşkarlanıb. Cəsədin üzərində cins şalvar və pencək var. Məlumata görə, Daxili İşlər Nazirliyi və İnquşetiya üzrə İstintaq Komitəsinin şöbəsi kriminal avtoritetin meyitinin tapılması ilə bağlı məlumatları təkzib etməyib.
Auşevin ölümünün əsas versiyası kimi radikal dini baxışlara sadiq qalan yerli sahibkarlara xərac qoymaq cəhdi səbəbindən qətlə yetirilməsi göstərilir. Mərhumun psixi durumu ilə bağlı intihar versiyası da nəzərdən keçirilir.
Həmzət Auşev Rusiyada ən gənc “qanuni oğru”lardan biridir.
O, 2013-cü ildə “Vladimirski Mərkəzi” həbsxanasında quldurluq və təşkilatlanmaya görə həbs edilib və uzun müddət cəza çəkib. 2020-ci ildə kriminal avtoritet psixiatriya xəstəxanasına göndərilib və 2021-ci ilin yazında sağlamlıq səbəbi ilə oradan azad edilib.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər
14-01-2022, 13:11 Prezident Ukraynaya getdi