Bütün xəbərlər
Sumqayıtda xəstəxanada yanğın söndürüldü - Yenilənib
Tarix: 07-01-2022 22:01 | Bölmə: Karusel

                 Sumqayıtda xəstəxanada yanğın söndürüldü



Sumqayıt şəhərində xəstəxana binası yanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş verən yanğın söndürülüb. Bu barədə FHN məlumat yayıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər