Bütün xəbərlər
Elçin Quliyev Milli Depozit Mərkəzinin sədr müavini təyin olundu
Tarix: 06-01-2022 20:05 | Bölmə: Karusel

                   Elçin Quliyev Milli Depozit Mərkəzinin sədr müavini təyin olundu



Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Elçin Quliyev təyinat alıb.
Elçin Quliyev V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edib, daha əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.
Həmçinin, uzun illər bank və vergi sistemində rəhbər vəzifələrdə təmsil olunub.



Baxış sayı: 498


Bölməyə aid digər xəbərlər