Bütün xəbərlər
Sarkisyan keçmiş müdafiə nazirini Rusiyaya səfir təyin etdi
Tarix: 05-01-2022 18:01 | Bölmə: Karusel

                 Sarkisyan keçmiş müdafiə nazirini Rusiyaya səfir təyin etdi


Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkənin Rusiyadakı yeni səfiri təyin olunub.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.
Sarkisyanın digər bir sərəncamı ilə Vardan Toqonyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini icra edib. 2020-ci ilin avqustunda Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin olunub. O, 2020-ci ilin noyabrın sonunda yenidən müdafiə naziri postuna gətirilsə də, 2021-ci ilin iyulunda istefa verib.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər