Bütün xəbərlər
Sıfırlanan qaz sayğaclarının faizi açıqlandı
Tarix: 04-01-2022 20:48 | Bölmə: Karusel

                     Sıfırlanan qaz sayğaclarının faizi açıqlandı


Yanvarın 1-dən bu günə qədər mexaniki sayğacdan (sonradan ödənişli) istifadə edən 104 min abonentin qaz sayğaclarının 65 faizi sıfırlanıb.
“Qafqazinfo”xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin rəhbəri Ruslan Əliyev məlumat yayıb. O qeyd edib ki, yanvarın 1-dən bu günə qədər bu tipli sayğacdan istifadə edən 104 000 abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 3 104 104 vatsap nömrəsinə göndərməkləri sayəsində bu rəqəm əldə edilib. 
Tarif limitlərinin sıfırlanması prosesi davam etdirilir. 
 



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər