Bütün xəbərlər
Ramiz Abutalıbovun nəşi Bakıya gətirildi
Tarix: 03-01-2022 20:23 | Bölmə: Karusel

                  Ramiz Abutalıbovun nəşi Bakıya gətirildi



Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.
O bildirib ki, görkəmli diplomatla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində baş tutacaq. R.Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada 
dünyasını dəyişib.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər