Bütün xəbərlər
Yeni il gecəsi Moskvada miqrantlar arasında kütləvi dava olub
Tarix: 02-01-2022 23:04 | Bölmə: Karusel

                Yeni il gecəsi Moskvada miqrantlar arasında kütləvi dava olub


Yeni il gecəsi Rusiyanın paytaxtı Moskva şəhərində Özbəkistan və Qırğızıstandan olan miqrantlar arasında kütləvi dava düşüb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, insident Moskva şəhərinin cənub-şərqində baş verib.
Dava nəticəsində üç nəfər ağır bıçaq yarası alıb. 
İlkin məlumata görə, davaya səbəb miqrantlar arasında şəxsi zəmində ədavət olub. Ümumilikdə davada üç Özbəkistan və 10 Qırğızıstan vətəndaşı iştirak edib. 
Polis davada iştirak edən doqquz nəfəri saxlaya bilib. Onların hamısı Qırğızıstan vətəndaşıdır və barələrində inzibati protokollar tərtib edilib.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər