Bütün xəbərlər
Naxçıvanda ötən il 1 milyard 69 milyon manatdan çox sənaye məhsulu istehsal olunub
Tarix: 01-01-2022 23:39 | Bölmə: Karusel


Ötən il muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olub. Bunun 92 faizi qeyri-dövlət sektorunun payına düşüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qeyd olunub.
Ötən il muxtar respublika iqtisadiyyatında aparıcı sahələrdən biri kimi sənayenin inkişafına və infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, Duzdağda yeni şaxta istifadəyə verilib, müasir istehsal müəssisəsinin qurulması davam etdirilib.




Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər