Bütün xəbərlər
Tanınmış məşqçi Yeni il gecəsi vəfat etdi
Tarix: 01-01-2022 23:02 | Bölmə: Karusel

                  Tanınmış məşqçi Yeni il gecəsi vəfat etdi



Voleybol üzrə Rusiya millisinin sabiq üzvü, məşqçi Vadim Xamutskix vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, o, ötən gecə 52 yaşında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, V.Xamutskix üçqat olimpiya mükafatçısıdır. Rusiya millisi ilə Olimpiya Oyunlarının gümüş (2000) və ikiqat bürünc (2004, 2008) mükafatçısı olan Xamutskix Dünya Kubokunun (1999), Dünya Liqasının (2002) qalibi, həmçinin Dünya Çempionatının gümüş mükafatçısı (2002) adını qazanıb. Avropa Çempionatında isə iki dəfə gümüş (1999, 2007), iki dəfə bürünc (2001, 2003) medala sahib çıxıb. İki dəfə voleybol üzrə Çempionlar Liqasının qalibi olub.
Karyerasını bitirəndən sonra məşqçilik edən Xamutskix 2019-cu ildən "Beloqorye" voleybol klubunu çalışdırırdı.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər