Bütün xəbərlər
Gürcüstan parlamentinin yeni sədri seçildi
Tarix: 29-12-2021 15:50 | Bölmə: Karusel

                    Gürcüstan parlamentinin yeni sədri seçildi


Gürcüstan parlamenti sədr vəzifəsinə Şalva Papuaşvilinin namizədliyini təsdiqləyib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, 88 millət vəkili Papuaşvilinin namizədliyinin lehinə, bir deputat isə əleyhinə səs verib.
Ş. Papuaşvili bu vəzifədə Kaxa Kuçavanı əvəz edib. Kuçava bildirib ki, “Gürcüstan arzusu” partiyasının siyasi şurasının üzvü olaraq qalacaq və çox vacib dövlət layihəsi üzərində işləyəcək.
Qeyd edək ki, Şalva Papuaşvili son zamanlara qədər parlamentin təhsil və elm komitəsinə rəhbərlik edib.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər