Bütün xəbərlər
İtkin düşmüş şəxs məsciddən oğurluq etdi
Tarix: 27-12-2021 13:06 | Bölmə: Karusel

                  İtkin düşmüş şəxs məsciddən oğurluq etdi


Masallı rayonunda məsciddən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.




Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər