Bütün xəbərlər
Azərbaycandakı QHT nümayəndələri Cəbrayıldadır
Tarix: 25-12-2021 16:41 | Bölmə: Karusel

                  Azərbaycandakı QHT nümayəndələri Cəbrayıldadır


 
Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb.
"Qafqazinfo" xəbər verir ki, 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində "Dostluq" bulağı ilə tanış olması nəzərdə tutulur.
QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.
 



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər