Bütün xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Tarix: 23-12-2021 14:29 | Bölmə: Karusel

                   Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi


Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq törədib.
S.Nəcimətdinov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin martında barəsində həbs qətimkan tədbiri seçilib.
S.Nəcimətdinov dekabrın 22-də Rusiyadan Azərbaycana gətirilib.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər