Bütün xəbərlər
“İlk olaraq Naxçıvandan İrana dəmir yolunun açılması müzakirə olunur”
Tarix: 22-12-2021 19:55 | Bölmə: Karusel

                     “İlk olaraq Naxçıvandan İrana dəmir yolunun açılması müzakirə olunur”



“Regional kommunikasiyaların açılması üzrə İşçi qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli olaraq açılması variantını müzakirə edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Müzakirəyə çıxarılan variantlardan biri dəmir yolunun Mehri və Mincivan-Horadiz hissələrindən keçən hissəsində yeni yolun inşasını gözləmədən Naxçıvandan İrana dəmir yolu açmaqdan ibarətdir.
Bildirilir ki, digər, yəni İcevan-Qazax dəmir yolunun açılması imkanları da müzakirə olunub: “Bununla belə, hazırki mərhələdə xərclərin və nəticələrin məntiqli nisbətini anlamağa imkan verən ən real layihələr nəzərdən keçirilir”.



Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər