Bütün xəbərlər
İrandan gətirilən duz yararsız çıxdı
Tarix: 22-12-2021 19:40 | Bölmə: Karusel

                    İrandan gətirilən duz yararsız çıxdı


Fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İrandan Azərbaycana idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər