Bütün xəbərlər
Bakı metrosunun vəzifəli şəxsi infarktdan öldü
Tarix: 22-12-2021 13:51 | Bölmə: Karusel

                    Bakı metrosunun vəzifəli şəxsi infarktdan öldü



“Bakı Metropoliteni” QSC-nin daha bir əməkdaşı dünyasını dəyişib. 
Bu barədə “Qafqazinfo”ya qurumdan məlumat verilib. Bildirilib ki, bu gün səhər işə gələrkən QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürəktutmadan yolda dünyasını dəyişib. 1959-cu il təvəllüdlü B. Baxışov 2017-ci ildən Metropolitendə bu sahəyə rəhbərlik edib. O, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.
Xatırladaq ki, bu gün daha bir Metropoliten əməkdaşı - QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov səhər saatlarında vəfat edib. “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edən əməkdaş üçün təcili tibbi yardım xidməti çağırılsa da, TTY xidməti çatana qədər dünyasını dəyişib. 



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər