Bütün xəbərlər
BDU-nun şöbə müdiri koronavirusdan vəfat etdi
Tarix: 22-12-2021 13:29 | Bölmə: Karusel

BDU-nun şöbə müdiri koronavirusdan vəfat etdi


Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev bu gün səhər saatlarında vəfat edib.
Bu barədə “Qafqazinfo”ya universitetdən məlumat verilib. Bildirilib ki, 76 yaşlı müəllim COVID-19-dan dünyasını dəyişib.
Qeyd edək ki, A. Xasayev 1992-2016-cı illərdə BDU-nun Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.




Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər