Bütün xəbərlər
Uzun saçla bağlı məktəbdə yaşanan insidentə - Nazirdən münasibət
Tarix: 21-12-2021 13:14 | Bölmə: Karusel

                   Uzun saçla bağlı məktəbdə yaşanan insidentə


Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl Bakıda məktəblərin birində müəllimin uzun saçı olan oğlanı sinfə qız kimi təqdim etməsi ilə bağlı məsələyə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, nazir keçirdiyi brifinqdə bildirib ki, müəllim bununla bağlı izahat yazıb: “1,5 milyondan çox şagirddən birini 150 min müəllimdən biri saçını uzun olduğuna görə qıza oxşada bilər. Əvvəllər də belə hallar olub, sosial şəbəkələr olmadığına görə ictimailəşdirilməyib. 
Mən demirəm bu düzdür, amma belə hallar ola bilər. Kiminsə səsindən əks-cinsə oxşada bilərik. Təklif edirəm, gedin o müəlliməni də tapın, qoy o da öz həqiqətini danışsın. Mən bu məsələdə müəllimin qəsdən belə etdiyinə inanmıram. Həqiqətən də belə ola bilər”.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər