Bütün xəbərlər
Ronaldo formasını hərraca çıxardı - Foto
Tarix: 20-12-2021 23:01 | Bölmə: Karusel

                     Ronaldo formasını hərraca çıxardı



Portuqaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo milli komandada geyindiyi formanı hərraca çıxarır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kanar adalarına məxsus Palma adasında vulkan püskürməsinin qurbanları üçün pul toplamaq üçün bu addımı atıb.
Formanın satışından toplanan vəsait birbaşa vulkandan zərər çəkmiş ailələrə bağışlanacaq.
Bildirilir ki, azarkeşlər dekabrın 24-dən etibarən Ronaldonun həmin forması üçün təklif verə biləcəklər.
Ronaldo köynəyin üzərinə belə yazıb: "Palma ilə heç bir vulkanın gücü belə bacarmayacaq. Gözəl adaya dəstək olacağam”.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 3000-ə yaxın binanın dağıldığı bildirilir.






Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər