Bütün xəbərlər
Rafael Hüseynov RF Hökumətinin KİV sahəsində mükafatına layiq görülüb
Tarix: 19-12-2021 21:56 | Bölmə: Karusel


Həmvətənimiz, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov 2021-ci il üçün RF Hökumətinin kütləvi informasiya vasitələri sahəsində mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustinin sərəncamı ilə 2021-ci il üçün RF Hökumətinin kütləvi informasiya vasitələri sahəsində mükafatı 9 KİV nümayəndəsinə və 11 jurnalist kollektivinə təqdim edilib.
Rafael Hüseynov “Böyük Vətən müharibəsində sovet xalqının igidliyi barədə dəqiq və mötəbər məlumatların məşhur federal nəşrlərdə dərc edilməsinə görə” təltif edilib.
R.Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Məndən ötrü bu mükafat həm də ona görə vacibdir ki, atam – polkovnik Cahid Hüseynov bütün müharibə müddətində cəbhədə olub, müharibədən sonra Moskvada Hərbi-Siyasi Akademiyanı bitirmiş yeddi azərbaycanlıdan biri olub. Şuşa rayonunun Malıbəyli kəndindən atamın iki qardaşı da cəbhəyə gedib, onlar Krımda həlak olublar. Anamın böyük bacısı, o vaxt Leninqrad Kənd Təsərrüfatı Akademiyasının tələbəsi olan Zeynəb mühasirəyə alınmış Leninqradda həlak olub”.
R.Hüseynov daha sonra əlavə edib ki, hazırda İkinci Dünya müharibəsi haqqında kitab üzərində işləyir.




Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər