Bütün xəbərlər
Belarusa qaçan polşalı əsgərlərin komandirləri işdən çıxarıldı
Tarix: 18-12-2021 12:31 | Bölmə: Karusel

                   Belarusa qaçan polşalı əsgərlərin komandirləri işdən çıxarıldı



Belarusdan sığınacaq istəyən polşalı əsgərlərin komandirləri işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, işdən çıxarılanlar batareya komandiri, taqım komandiri və 2-ci diviziya komandiri olub.
Polşanın milli müdafiə naziri Mariuş Blasçakın Belarusa qaçan əsgərin qanunla problemi olduğunu və Polşa-Belarus sərhədinə göndərilməməli olduğunu dediyi açıqlanıb.
Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin hərbçisi, 1996-cı il təvəllüdlü Çeçko Emil dekabrın 16-sı axşam saatlarında Belarus-Polşa sərhədi yaxınlığında saxlanılıb.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər