Bütün xəbərlər
Koronavirus xəstəsi olsa da, işə getdi
Tarix: 17-12-2021 23:59 | Bölmə: Karusel

                 Koronavirus xəstəsi olsa da, işə getdi



Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlanıb.
Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Araz Əhmədov COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən işlədiyi yerdə aşkarlanıb.
Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
A.Əhmədov barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.



Baxış sayı: 417


Bölməyə aid digər xəbərlər