Bütün xəbərlər
Gömrükdən 150 minə yaxın siqaret keçirmək istədi - Video
Tarix: 17-12-2021 13:23 | Bölmə: Karusel

                    Gömrükdən 150 minə yaxın siqaret keçirmək istədi



Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində saxlanılıb və stasionar rentgen qurğusundan keçirilib.
Şübhəli təsvirlərin müşahidə olunduğu avtomobilin yoxlanılması zamanı yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan 149 800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

            



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər